“Vaksinin iki dozasını da vurdurmuşdum, amma yoluxdum” - Nigar Şabanova
(17-08-2021, 13:13)


“Vaksinin iki dozasını da vurdurmuşdum, amma yoluxdum” - Nigar Şabanova
Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Əməkdar artist Nigar Şabanova artıq sağalıb.
 
Sənətçi bu haqda instaqram hesabında paylaşım edib. O, bildirib ki, hər iki doza peyvənd olunmasına baxmayaraq yenə də COVID-19-a yoluxub:
 
“Özünüzü koronavirusdan qoruyun, sosial məsafəni saxlayın, gigiyenik qaydalara mütləq əməl edin. Vaksinə də arxayın olmayın. İki doza vaksinin ikisini də etdirmişdim, amma toyda ara məsafəsi saxlamadım və yoluxdum. Allah heç birinizə ağrı-acı nəsib etməsin. Sağalmışam, sabahdan sevimli makiyajlarıma qovuşacam. Sizi sevirəm, əzizlərim”.
 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 202

Xəbər lenti