“Araz Ağalarovun yubileyində mikrofonsuz oxumağım Müslüm Maqomayevin xoşuna gəldi”
(17-08-2021, 13:12)

“Müslüm Maqomayev Azərbaycanın çox böyük sənətkarlarından biridir. Mən Müslüm müəllimlə bir neçə konsertlərdə görüşmüşəm. Onlardan biri Bakıda dövlət tədbirində olub. Daha sonra Araz Ağalarovun əlli illik yubileyində görüşmüşük”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev deyib. Müğənni Müslüm Maqomayev haqqında xatirələrini bölüşüb:
“Heç yadımdan çıxmaz ki, onlar hamısı masada əyləşmişdilər və mən mikrofonsuz oxudum. Bu onların çox xoşlarına gəldi və Müslüm müəllim mənə çox təriflər etdi. Bu da mənim üçün çox qürurverici idi ki, Rəşid Behbudovdan sonra Müslüm Maqomayev kimi bir sənətkar mənim sənətimə yüksək qiymət verir. Xalqımız onunla həmişə fəxr edib, iftixar duya bilər. Azərbaycanın çox görkəmli bir sənətkarıdır və biz onu həmişə anmalıyıq”.
Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Xalq artisti 2008-ci il oktyabrın 25-də vəfat edib və Bakıda Birinci Fəxri Xiyabanda dəfn edilib.
Ana səhifəyə qayıt
Oxunub: 160
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər