Xoşqədəm Hidayətqızı Nazilə Səfərlini üzr istəməyə məcbur etdi - Məhkəmə qərarı...
(14-08-2021, 11:47)


Xoşqədəm Hidayətqızı Nazilə Səfərlini üzr istəməyə məcbur etdi - Məhkəmə qərarı...

Şairə, qiraətçi Nazilə Səfərli məşhur teleaparıcı, əməkdar jurnalist Xoşqədəm Hidayətqızından üzr istəyib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Nazilə Səfərli Xoşqədəm Hidayətqızı barəsində dediyi fikir və ifadələrini təkzib edərək üzr istəyib.

Qeyd edək ki, bu barədə məhkəmə qararı qanuni qüvvəyə mindikdən sonra, müxtəlif bəhanələrlə məhkəmə qərarını icra etməkdən yayınan Nazilə Səfərli axtarışa verilmiş, daha sonra Hidayətqızının tələbi ilə tutularaq məhkəməyə gətirilmiş və məhkəmənin qərarı ilə inzinbati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə 500 manat məbləğində cərimə olunmuşdu.

Bundan əlavə bildirək ki, tərəflər ərasında qalmaqal Nazilənin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayətqızının Xəzər TV - də yayımlanan "Səni axtarıram" proqramına müraciət edərək Nazilə və keçmiş əri barədə şikayətlər etməsi və Naziləni efirə çağırması ilə başlayıb. (manşet.az)

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 156

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930