Fəxrəddin Manafov vəfat edən xanımından danışdı: “Anama, atama demədiklərimi...”
(9-08-2021, 15:00)

“Tanrı insana çox şeyləri açıq verib. Sadəcə iki şeyi qapadıb. Bir gün açılsa bilmirəm bu həyatda nələr baş verəcək. Nəyə görə biz dünyaya gəlirik?- “Həyat” sözü... Nəyə görə biz bu dünyadan köçürük? “Ölüm” sözü... Bunları biz bilmirik və bilməyəcəyik də...”
Bu sözləri Xalq artisti Fəxrəddin Manafov “Asan radio”ya müsahibəsi zamanı bildirib. Veriliş zamanı aktyor ona ən yaxın olan insandan da danışıb.
Xalq artisti həmin şəxsi bir müddət əvvəl rəhmətə gedən həyat yoldaşı Vahidə xanımın olduğunu deyib:
“Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi. Bu həyat yoldaşım Vahidə xanım idi. Mən hər gün səhər gözümü açıb gecə yuxuda da, yatmazdan əvvəl bu ağrını yaşayıram. Fikirləşirəm ki artıq qəribə bir ömür başlayıb həyatımda... Mən hətta ən yaxınlarım, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. Amam artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur”.
Ana səhifəyə qayıt
Oxunub: 167
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər