“Süni gənclikdən daha axmaq heç nə yoxdu” - Alen Delon müasirlikdən bezib
(2-08-2021, 11:24)


“Süni gənclikdən daha axmaq heç nə yoxdu” - Alen Delon müasirlikdən bezib

Dünya kinosunun canlı əfsanəsi 85 yaşlı fransız aktyoru Alen Delon plastik cərrahiyyəyə həmişə mənfi münasibət bəsləyib. Moderator.az bildirir ki, 90-cı illərdə ən yaxşı plastik cərrahlar 60 yaşlı aktyora on yaşdan artıq cavanlaşmağı təklif etsələr də, Delon həmişə belə bir fürsəti rədd edirdi.

Alen Delon həyatda filosofdu, buna görə də yaşını mənfi cəhət deyil, üstünlük hesab edir. Aktyor deyir ki, illər keçdikcə yaşlı insan rollarını oynamaq onun üçün gənc obrazları yaratmaqdan daha maraqlıdı. Ona görə də keçmiş gəncliyi təqib etmək, onun nöqteyi-nəzərindən, geriyə addımdı və o, irəli getmək istəyir.

Əlavə olaraq, gerçək yaşından fərqli görünmək, onun anlayışına görə, əsl kişiyə yaraşmaz: "Süni gənclikdən daha axmaq bir şey yoxdu - özünü aldada bilməzsən, amma çox güman insanların gülüşünə səbəb olacaqsan..."

2017-ci ildə Alen Delon aktyorluq karyerasının sona çatdığını rəsmən elan etdi və biznesə keçdi. Yaratdığı şirkətlər müxtəlif malların istehsalı ilə yanaşı, prodüserliklə də uğurla məşğul olurlar. "A. D." markası altında bu gün bir sıra məhsullar istehsal olunur və uğurla satılır: alt paltarları, ətir, qalstuk, saat, eynək və müxtəlif aksesuarlar.

Aktyor özü bu işi İsveçrənin paytaxtı Cenevrənin yaxınlığında yerləşən malikanəsindən idarə edir. Burada dünyanın ən böyük özəl antikvar kolleksiyalarından biri yerləşir.

Kino ulduzunun gənc yaşları haqqında artıq əfsanələr uydururlar. Məlumdu ki, o, valideynləri boşandıqdan sonra övladlığa götürüldüyü ailədə tərbiyə alıb. Belə ki, əsl valideynlərindən heç biri uşağın məsuliyyətini öz üzərinə götürmək istəməyib.

Məktəbdə zəif oxuyurdu, xuliqan kimi tanınırdı, amma qızlar hələ də məktəbin ən yaraşıqlı oğlanının diqqətini çəkmək üçün hər cür səy göstərirdilər. Gəncliyində cazibədar görünüşünün faydalarını anlamadı: “Əgər belə bir silahımın, gücümün olduğunu dərhal bilsəydim, karyerama kolbasa istehsalçısı kimi başlamazdım... Nəticədə şəxsi həyatımda özüm heç nə etmədim, mənim üçün hər şeyi qadınlar etdi...”

"Kolbasa istehsalçısı" deyəndə o, kolbasa və yarı bitmiş ət məhsulları istehsalı üçün kiçik bir şirkəti olan atasının işini nəzərdə tuturdu. Məktəbdən sonra o, atasına kömək etməyə çalışırdı, amma sonunda bu işin başını buraxaraq fransız legionunda xidmətə başladı.

Bir neçə illik hərbi xidmət gənc oğlana faydalı təsir göstərdi. Məsuliyyətli və intizamlı oldu, amma ən əsası, xidmətdə olarkən film aktyoru olmaq istədiyini başa düşdü.

Və indi arxada parlaq bir aktyorluq karyerası var - ən məşhur rejissorlar üçün qırxdan çox əsas rol. Alen Delon bütün dövrlərin ən yaxşı film aktyorlarının “ilk onluğ”undadı. Amma sənətçinin son müsahibələri nikbinlikdən uzaqdı. O açıq-aşkar məyusdu: "O vaxt da indiki kimi pul ön planda idi. Amma elə şeylər var idi ki, pulla ölçülmürdü. Bu gün belə şeylər qalmayıb. Bu müasirlikdən bezmişəm və vaxtı çatanda peşman olmadan bu dünyanı tərk edəcəm..."

 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 198

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930