“Cənnət xala”nın geyimi, Rəşidin sehrli xalatı və Elşənin kəməri... - Qorunub saxlanılan “xəzinə”
(15-07-2021, 09:28)


“Cənnət xala”nın geyimi, Rəşidin sehrli xalatı və Elşənin kəməri... - Qorunub saxlanılan “xəzinə”
Nə qədər izləsəkdə baxmaqdan doymadığımız kinolardakı personajların geyimləri, hətta istifadə etdikləri əşyalar belə yadaşımızdan silinmir. Məsələn, “Sehrli xalat” filmindəki xanın geyimi, bir qalanın sirrində Elşənin taxdığı kəmər və s. Görəsən bu əşyalar hal-hazırda harada saxlanılır?
Araşdırmamız nəticəsində bəlli oldu ki, həmin rekvizit və libaslar kinostudiyanın geyim sexində qorunub saxlanılır. Kinostudiyada 23 ildir ki, bu geyimləri qoruyub saxlayan, onlara qulluq edən Həyat Həsənova Moderator.az əməkdaşı ilə söhbətində deyir ki, geyimlərin yaşı çoxdur və hər il də bu geyimlərın sayı artır.
“İlk filmlər çəkilən vaxtdan indiyə qədər gələ-gələ yığılıb bu geyimlər. 16 mindən çox geyim və rekvizitimiz var. Mən 23 ildir deyək ki, burada işləyirəm, elə mən bura gələndən nə qədər paltar yığılıb. Bu geyimlərin hər biri filmlərimiz üçün xüsusi tikilir, çəkilir, işlənilir sonra gətirib bizə təhvil verirlər. Biz də onları saxlayırıq. Dərman vururuq, tez-tez havalandırırıq ki, məhv olmasın. Elə köhnə geyimlər var ki, yenidən bir başqa filmdə istifadə edilib, üstünə əlavələr olunub. Bəzən geyimlər yararsız hala düşür, bu zaman  komissiyanın göstərişi ilə onlar yığışdırılır. Günümüzədək  gəlib çatan geyimlər arasında “Arşın mal alan” filmində Gülçöhrənin geyindiyi paltarı, Rəşidin sehrli xalatı, xanın geyimi, “Bir qalanın sirri” filmindəki münəccimin libasını və papağını, “Qaynana” filmində Cənnət xalanın iki geyimini, “O olmasın, bu olsun” filmində qulluqçu Sənəmin libasını misal göstərə bilərəm. Bundan başqa “Babək” filmindəki döyüş ləvazimatları, Elşənin kəmərini də sadalaya bilərəm” deyə o bildirib.
Geyimlərin obrazlara uyğun hazırlanması isə geyim rəssamlarına məxsusdur. Zəkiyyə Mahmudova da bədii filmlərdə uzun illərdir geyim rəssamı kimi çalışır.
“Uzun illərdir kinostudiyada çalışmışam, indi isə artıq yaş həddinə görə təqaüdə çıxmışam. Mən o illəri heç vaxt unuda bilmirəm. Filmlərdə hər zaman geyim rəssamı kimi çalışanda aktyorlarla razılaşıb seçirdim geyimləri, çalışırdım ki, hər şey onların istəyinə uyğun olsun. Çünki nəticədə həmin geyimi aktyorlar özləri daşıyacaq. Çəkdiyim eskizlər əsasında kostyumlar hazırlayırdım. İşimdən həzz alırdım. O vaxt şərait indiki kimi elə də asan deyildi. Bəzən elə olurdu ki, aktyorun əyninə geyim tapmırdıq. Çünki dövr elə idi. Amma indi hər şey var, o köhnə filmlərimiz çəkilmir. Çox istərdim ki, rejissorlar bu geyimlərdən istifadə edib yeni-yeni filmlər çəksinlər” deyə o bildirib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 6

Xəbər lenti
23-07-2021 11:18
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031