Reşat Kəsəmənli "Kurtlar Vadisi"nin “Güllü”sü ilə "Nisan" filmində...
(11-07-2021, 08:20)


Reşat Kəsəmənli
Bakıda Türkiyənin “Nisan” filminin çəkilişləri aparılır.
 
Bu barədə azərbaycanlı aktyor Reşat Kəsəmənli xəbər verib.
Reşat bəyin söylədiklərinə görə filmdə əsas rollardan birini ifa edən yeganə azərbaycanlı aktyor məhz Reşat Kəsəmənlidir. Digər azərbaycanlı aktyorlar isə epizodik rollarda çəkiliblər. Filmin çəkilişləri isə bir həftəyə bitəcək. Filmin baş rolunun ifaçısı isə məşhur "Kurtlar Vadisi" serialından “Güllü” obrazı ilə Azərbaycan izləyicilərinin qəlbinə yol tapan Erhan Ufakdır.
Baş rollardan birini ifa edən aktrisa hazırda Almaniyada yaşayan, türk əslilli makedoniyalı aktrisa Canan Nezirovadır. Filmin mövzusuna gəlincə isə Azərbaycanda yaşayan bir türk vətəndaşının (Erhan Ufakın canlandırdığı obraz) qarışıq həyatından bəhs edir. Filmin maliyyələşməsi də qardaş Türkiyə tərəfindən aparılır. Qısa bir müddət sonra mavi ekranlardan izləyə biləcəyimiz filmin rejissoru İbrahim Bülbül, prodüseri isə Yalçın Çobandır. Azərbaycanlı aktyor Reşat Kəsəmənli isə filmdə polis rəisi rolunu oynayır. Həmçinin tərəf müqabili olan xanım (Canan Nezirova) da polis işçisidir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 253

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930