“Toyu o müğənnilərin sərgisinə, paradına çevirməyin nə mənası var ki…”
(2-07-2021, 10:00)


“Toyu o müğənnilərin sərgisinə, paradına çevirməyin nə mənası var ki…”
“Mənə elə gəlir ki, toylarımızdakı bu israfçılığı yığışdırmaq olar. Bir-iki nəfər ölkənin ziyalısı bunu etsə, hamı onlara qoşulub gedəcək. Bütün bu məqamlara baxmayaraq, israfçılığa yol vermək elə də ağıllı hərəkət deyil”.
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Azad Şükürov deyib. Aktyor toylarımızdakı israfçılığın qarşısını almaq üçün indi şərait yarandığını bildirib:
 
“Toylara bu gündən icazə verilib və hələ ki, toyda iştirak etmədiyim üçün bilmirəm necə olacaq. Amma təbii ki, stolun üstünə min-bir naz-nemətdən yenə də düzüləcək. Orda ən pisi odur ki, hər kəs öz imkanlarını toyunda nümayiş etdirməyə çalışacaq və hardasa deyəcəklər ki, filankəsin toyunda filan şeylər verildi. Çox yaxşı olardı ki, o filan şeylərin yerinə biz o toyda mehribançılıq, yaxşı qarşılanma, musiqi, söz-söhbət, oynamaq görək. Təbii ki, qədimdən bu adətdi, toya gedən adam yeyib-içmək üçün gedir. Başqa ölkələrdə elə toylar görmüşəm ki, elə stolun üstündə meyvə olub. Amma bizdə isə adətdir ki, toyda heyvan kəsilərdi, xanımlar bunu təmizləyərdilər. İndi insalara demək də olmur ki, toyunda kabab ver, amma soyutma vermə. Deyir ki, oğlumun toyudu kabab da, soyutma da verəcəm. Övladının toyudu, buna nə deyə bilərsən. 
 
Mənə elə gəlir ki, toylarımızdakı bu israfçılığı yığışdırmaq olar. Bir-iki nəfər ölkənin ziyalısı bunu etsə, hamı onlara qoşulub gedəcək. Bütün bu məqamlara baxmayaraq, israfçılığa yol vermək elə də ağıllı hərəkət deyil. Toylarda iştirak edən müğənnilərin əksəriyyəti tələbələrimdi, sənət dostlarımdı və mənim dediklərim onların xoşlarına gəlməyəcək. Amma hər halda həqiqət deyilən bir şey var, toyu o müğənnilərin sərgisinə, paradına çevirməyin nə mənası var ki... Bütün hallarda qəti israfçılığın tərəfdarı deyiləm. Hər halda bunu ölkənin alimi, ziyalısı, deputatı, şairi deyirsə, yaxşı olardı ki, bunu bir-birimizə deməkdənsə, əməl edək. İndiki vəziyyətdə buna çox rahat şərait yaranıb və bundan istifadə edib israfçılığın qarşısını almaq olar” .
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 220

Xəbər lenti