"Mənim nə yaşım var ki, qocalıqdan danışırsınız" - Xalq Artisti
(25-06-2021, 16:00)


"Mənim nə yaşım var ki, qocalıqdan danışırsınız?".
 
Bu sözləri Xalq artisti Mələkxanım Eyyubova "Sözbaz" proqramında deyib. Xanəndə baxım sirrləri ilə bağlı sualları cavabsız deyib:
 
"Gözəlliyimin səbəbi insanların sevgisidir. Bu da qarşılıqlıdır. Tələbələrimə, ailəmə, doğmalarıma, dostlarıma sevgi bəsləyirəm. İnsanın içində daim mərhəmət, sevgi olduqda, üzünə vurur. İnsan yaşa dolduqca içində pislik varsa, üzünə vurur".
 
M.Əyyubova bir ildir toy olmamasından, pandemiyadan danışıb:
 
"Çox sənət adamını itirdik. Dostlardan, qohumlardan, yaxınlardan, qonşulardan bu xəstəlik yan keçmədi. Bir ildir toy yoxdur. Hər bir ailə istəyir övladının xoş gününü görsün. Buna görə də insanlar ümidsizləşir".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 154

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031