Bakı Bulvarının 112-ci ildönümü münasibətiylə xeyriyyə-satış sərgisi keçirilib
(19-06-2021, 18:00)


Bakı Bulvarının 112-ci ildönümü münasibətiylə xeyriyyə-satış sərgisi keçirilib
İyunun 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin Dənizkənarı Bulvarın 112-ci ildönümünə həsr olunmuş xeyriyyə-satış sərgisi keçirilib. 
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova xeyriyyə-satış sərgisinin keçirilmə məqsədi haqda danışıb, bildirib ki, Bakı bulvarı mütəmadi olaraq, rəssamlarımızın əsas mövzularından biri olub: “ADMİU-nun tələbələri də mütəmadi olaraq, universitet və Dənizkənarı bulvarın birgə layihəsi kimi plenerlərdə iştirak edir, bir-birindən gözəl bulvar mənzərələrini öz əsərlərində əks etdirirlər. Bu gün keçirilən satış sərgisi xeyriyyə məqsədiylə təşkil olunub. Belə ki, əldə olunan gəlir “YAŞAT” fondunun hesabına köçürüləcək. İnanırıq ki, bu cür layihələrimiz gələcəkdə də davamlı keçiriləcək”.
Tədbirdə çıxış edən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov təmsil etdiyi qurumun adından Bakı Bulvarının ildönümünə göstərilən bu cür diqqətə görə ADMİU rəhbərliyinə və Rəssamlıq fakültəsinin professor-müəllim, tələbə heyətinə öz təşəkkürünü bildirib. 
Layihənin bədii rəhbəri Rəşad Cabbarov çıxışında qeyd edib ki, rəssam tələbələrin hər biri bu layihədə xüsusi həvəs və maraqla iştirak edib, bir-birindən gözəl əsərlər yaradıblar. O, burada sərgilənən rəsmlərin müxtəlif janrlarda olduğunu da xüsusi vurğulayıb. 
Layihənin koordinatoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova qeyd edib ki, yarandığı dövrdən başlayaraq şəhər oazisinə çevrilən Bulvar xüsusi, ilhamverici abu-havaya malikdır. Onun inkişaf və tərtibat tarixi bilavasitə Bakının həyatı, nəbzi ilə bağlıdır. Milli incəsənətimizdə Bulvar daim mərkəzi mövzulardan olub. B.Mirzəzadənin, A.Hacıyevin, T.Salahovun, İ.Məmmədovun, A.Cəfərovun əsərlərində dənizkənarı ayparamızın fərqli rakursları Bakının küləyini, qızmar günəşi, neftin qoxusunu əks edir. Bakı bulvarı sərgisi ADMİU-nun Rəssamlıq fakültəsi və Dənizkənarı Bulvar idarəsinin birgə layihəsidir. Ənənəvi olaraq tələbələrimiz burada plener təcrübəsi keçir, Bulvarın möhtəşəm görüntüləri fonunda öz duyğuları, fikirlərini bölüşür, onun tanınan məkanlarına yeni baxış formalaşdırırlar. Layihə iki süjeti birləşdirir: ayrı-ayrı dövrlərdə Bulvarın foto-sənədlərdə əks olunmuş gündəlik həyatı və müasir mənzərələri. Daim Universitetimizlə əməkdaşlıq edən Dənizkənarı Bulvar İdarəsi tərəfindən təqdim olunan nadir foto-silsilələr əsasında yaradılan rəngkarlıq və qrafika əsərlərində tarixi materialın canlılığı, süjetlərə müəlliflərin fərdi münasibəti müşahidə olunur.
Qeyd olunan qrupa aid edilən kompilyasiyalar bəzən süjeti dəyişdirir, kompozisiyaya yeni elementlər əlavə edir. İkinci istiqamətdə 2020-2021 tədris ili ərzində Təsviri sənət kafedrası tərəfindən Dənizkənarı Bulvarda təşkil olunan təcrübələrin nəticələri təqdim olunur. Qısa zamanda açıq havada yaranan etüdləri lirik yanaşma birləşdirir. Lakin əsərlərdə təbliğ edilən fərdi maneralar, yaxıların məxsusluğu, rakursların və üslubların seçimi tələbələrimizin texniki vərdişlərə yiyələnməsi ilə yanaşı, onların yaradıcılıq qığılcımlarını da müəyyən edir.
Layihənin digər koordinatoru, Tarix üzrə fəlsəfə doktoru, Dövlər Bayrağı muzeyinin direktoru Könül İmamverdiyeva da keçirilən sərginin önəmindən bəhs edib, bu cür layihələrin davamlı olmasını arzulayıb. 
Daha sonra sərgidə əsərləri nümayiş olunan tələbələr ADMİU-nun rektoru tərəfindən sertifikatlar, onların müəllimləri isə “Təşəkkürnamə”lərlə təltif olunublar. Eyni zamanda, göstərdiyi dəstəyə görə Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyinə də “Təşəkkürnamə” təqdim olunub. 
Qeyd edək ki, xeyriyyə-satış sərgisindən əldə olunan gəlir “YAŞAT” fondunun hesabına köçürüləcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 6

Xəbər lenti
23-07-2021 11:18
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031