Xalq artisti Rəqsanə və əkizlərə səsləndi: "Sənəti tapdalamayın"
(21-05-2021, 18:00)


Xalq artisti Rəqsanə və əkizlərə səsləndi:
"Rəqsanə, ora gələnlər sənin dostların, sənət yoldaşlarındır. 20-25 ildir sənətdəsən, həmin ifaçılarla konsertlərdə, toylarda çiyin-çiyinə olmusan. Gediblər pul qazanmağa. Niyə haqlarında elə deyirsən?".
 
Bu sözləri Xalq artisti Səməd Səmədov müğənni Rəqsanə İsmayılovanın ünvanına deyib. Sənətçi Rəqsanənin Rusiyaya işləməyə gedən ifaçıları təhqir etməsinə münasibət bildirib.
 
S.Səmədov Sevil və Sevinc Səfərova bacılarının "Rusiyada göyərti qiymətinə oxuyurlar" sözlərini də tənqid edib:
 
"O ki qaldı ucuz, göyərti qiymətinə toya getməyə... Məsləhət görməzdim belə deyilsin. Göyərti qiymətinə getsələr də, deyin 10-20-30 minə toya gedirlər. Tapdalamayın... Musiqiçi dostlardan xahiş edirəm, bizim sənəti tapdalamayın".(axsam.az)
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 193

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930