“Sağ ikən onu niyə öldürürsüz, çatır qulağına bir az da pis olur...” - Zöhrə Abdullayevanın baldızı
(10-05-2021, 18:00)

“Zöhrə xanım 5 gündür ki, xəstəxanadadır, reanimasiyaya yerləşdirilib. Bu gün saat 3-dən sonra palataya buraxılacaq. Həkimin dediyinə görə yavaş-yavaş səhhəti özünə gəlir. Zöhrə xanım revmatizma-artrit xəstəliyindən əziyyət çəkir. Qəfildən yeməkdən kəsildi, məcbur qalıb xəstəxanaya yerləşdirdik. Evdə də sistemlə yaşayırdı, amma həkim dedi ki, xəstəxanaya gətirin, qoy nəzarətimizdə olsun. Bu keçib-gedən xəstəlik deyil, müvəqqəti ağrıları azaltmaq üçün iynələr vurulur” bunu Moderator.az-a açıqlamasında əməkdar artist Zöhrə Abdullayevanın baldızı Ulduz Məmmədova bildirib. Sənətkarın yaxını daha sonra əlavə edib.
“Bizim aramızda onunla gəlin-baldız münasibəti olmayıb. Uşağlıqdan bir yerdə, bir həyətdə, evdə böyümüşük, ona görə də hər zaman mehriban olmuşuq. Bir-birimizə bacı olmuşuq, mən hər zaman onun, o da mənim yanımda olub. Nə o mənim xətrimə dəyib, nə də mən onun. Heyf ki, oğlu dünyasını dəyişəndən sonra Zöhrə pis düşdü. Saytlarda yazırlar ki, Allah qəni-qəni rəhmət etsin. Sağ ikən niyə Zöhrəni öldürürsüz? Çatır qulağına bir az da pis olur. İnşallah sağalsın, gedib Şuşanı görsün. Həmişə də deyir ki, sağalım gedim ora. Mən də, gəlini də ona çox yaxşı baxırıq. Gəlini ona qız olub. Bütün sənət dostlarına, onu sevən tamaşaçılara, səhhətinə görə narahat olan insanlara təşəkkürümü bildirirəm” deyə Zöhrə Abdullayevanın baldızı Ulduz Məmmədova bildirib.
Ana səhifəyə qayıt
Oxunub: 202
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər