Samirənin “Avroviziya” geyimi müzakirə yaratdı - FOTO/VİDEO
(10-05-2021, 15:30)


Samirənin “Avroviziya” geyimi müzakirə yaratdı - FOTO/VİDEO
Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi iki gündür ev sahibi Niderlanddadır.
 
“Qafqazinfo” xəbər verir ki, sənətçi ötən gün yarışmada çıxış edəcəyi şou və geyimi ilə ilk məşqini edib. 
 
“Mata Hari”ni təqdim edən müğənnini səhnədə 4 xanım rəqqas müşayiət edib, arxa planda çəhrayı, yaşıl və qızılı rənglərdən istifadə edilib.
 
Samirənin canlı ifası bəyənilsə də, onun klipi ilə eyni xoreoqrafiyanı təqdim etməsi, eləcə də geyimi müzakirə olunub.
 
Dizayner Rüfət İsmayıl tərəfindən hazırlanan libas tvitter və instaqram platformalarında tənqid atəşinə tutulub.  Buna səbəb sözügedən geyimin Əfəndinin boyunu daha qısa göstərməsi, hərəkətinə mane olmasıdır.
 
Samirə isə həmin geyimdə birinci yarımfinalda çıxış edəcəyini açıqlayaraq libası bəyəndiyini bildirib. 
 
Bundan əlavə, əksər iştirakçıların çıxışı bukmeyker siyahısında dəyişikliyə səbəb olsa da, Samirə 18-ci sırada qərarlaşıb.
 

 

 


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 173

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930