Gözəlliyi ilə hər kəsi sehrləyən, lakin çirkin olduğunu düşünüb intihar edən məşhur aktrisanın HƏYATI - FOTOLAR
(3-05-2021, 15:00)


Gözəlliyi ilə hər kəsi sehrləyən, lakin çirkin olduğunu düşünüb intihar edən məşhur aktrisanın HƏYATI - FOTOLAR

Cazibədar və üsyankar bir aktrisa olan Kapuçin qəribə hekayələrlə dolu bir həyat yaşayıb.
 

6 yanvar 1928-ci ildə Fransanın Saint-Raphael şəhərində anadan olan Kapuçinin əsl adı Germaine Helene Irene Lefebvredir. "Kapuçin" ləqəbi isə ona 17 yaşında modelliyə başlayandan sonra verilib. Yeniyetmə yaşlarında “Paris Beaux-Arts”-da dil təhsili alıb.

Kapuçinin gözəlliyi  17 yaşında Parisdə bir fotoqraf tərəfindən kəşf olunur. Bununla da modelliyə başlayan aktrisa Christian Dior, Givenchy və Maggy Rouff moda evlərində işə başlayır. Kapuçin modelliyə başladığı bu illərdə moda simvolu olan Odri Hepbern ilə tanış olur. Bu dövrdə onların ikisi də Parisdə modelliklə məşğul olmağa başlayırlar. Bu dostluq Kapuçinin ömrünün sonuna qədər davam edib.



17 yaşında kəşf edildikdən və model olaraq işə başladıqdan sonra, 1949-cu ildə, 21 yaşında bir filmdə ilk kiçik rolunu alır. Jacques Becker tərəfindən çəkilən Fransız filmi  "Rendez-vous de Juillet" ilə o, aktrisalığa başlayır.

Kapuçin ilk film təcrübəsi olan "Rendez-vous de Juillet" filmində sevgilisi olduğu Pierre Trabaud ilə real həyatda da sevgi münasibətləri qurub. Təxminən 1 ildən sonra evlənən cütlüyün xoşbəxtliyi qısa olub. Onlar səkkiz aydan sonra boşanıblar. Kapuçin üçün bu, ilk və son evlilik təcrübəsidir. Bundan sonra ömrünün sonuna qədər evlənməyib.

Azadlığı sevən aktrisa 1956-cı ildə çox darıxdığını anlayır və qəfil bir qərar verir: heç vaxt olmadığı Amerikaya, Nyu-Yorka getmək!



Qərarından qısa bir zaman sonra Nyu-Yorka uçan Kapuçin uğurlar qazanır. Manhattandakı bir restoranda vaxt keçirərkən Hollivud ulduzu Con Ueyn ilə tanış olur. Onların dostluğu 1960-cı ildə çəkilən və hər ikisinin baş rolları paylaşdığı "North to Alyaska" filmi ilə daha da möhkəmlənir. Üstəlik, restoranda Con Ueyn ilə tanış olduğu həmin gecə prodüser Çarles Feldman ilə də tanış olur və münasibətlərini daha da inkişaf etdirir. Feldman həm İngilis dilini, həm də aktyorluq dərslərini yaxşılaşdırmaq üçün Kapuçini Kaliforniyaya aparır.



Feldmanın dəstəyi və təşviqi ilə iki il çalışdıqdan sonra, sənət həyatının ilklərindən biri 1960-cı ildə baş verir. Musiqiçi və piyanist Franz Lisztin həyatından bəhs edən "Sonsuz Mahnı" filmində rol alır və bu, ingilis dilində rol aldığı ilk filmi olur. Hollivudun qapılarını açan bu filmdə məşhur musiqiçinin sevgilisi obrazını canlandıran Kapuçin, "Qızıl Qlobus" nominasiyasını qazanır.



Kapuçin 1960-cı illərin ortalarında məşhur aktyor Uilyam Holden ilə tanış olur. Hər ikisi “The Lion” və “The 7th Dawn” filmində rol alırlar. Holden evli olsa da Kapuçin ilə səmimi bir dostluğu yaranır. Bu səmimi dostluğun arxasında bir eşq-məhəbbət mövzusunun olduğu da deyilirdi. Bu dostluq Holden 1981-ci ildə vəfat edənə qədər davam edib.

Holden 1981-ci ildə vəfat etdikdə vəsiyyət qoyur: Vəsiyyətə görə İsveçrənin Lozanna şəhərində rahat yaşaması üçün Kapuçinə 50.000 dollar pul verilir. O illərdə Kapuçin tənha bir qadın idi. Hamını valeh edən gözəlliyini itirdiyini düşünən aktrisa buna görə dəfələrlə intihara cəhd etmişdi.



Kapuçin son illərində ciddi şəkildə depressiyadan əziyyət çəkib.  Dəfələrlə intihara cəhd etsə də,  dostu Hepburn onu son anda xilas edib. Lakin sonuncu hadisədə rəfiqəsi onun həyatını xilas edə bilməyib. Kapuçin 1990-cı il martın 17-də Lozannadakı mənzilindən özünü ataraq intihar edib.(musavat.com)

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 3

Xəbər lenti
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31