“Molla Pənah Vaqifin məqbərəsinin bərpası dövlətimizin tariximizə, mədəniyyətimizə olan sevgi və qayğısının nümunəsidir”
(22-03-2021, 10:00)


“Molla Pənah Vaqifin məqbərəsinin bərpası dövlətimizin tariximizə, mədəniyyətimizə olan sevgi və qayğısının nümunəsidir”

Məşhur Məmmədov: “Qarabağdakı hər bir tarixi abidə, hər bir maddi-mədəniyyət nümunəsi bizim üçün əzizdir”

 

Məlum olduğu kimi, Azərbaycan dövləti Şuşada Molla Pənah Vaqifin məqbərəsinin bərpasına start verib. Bununla bağlı Şuşaya səfərində məlumat verən ölkə başçısı, məqbərənin Heydər Əliyev Fondu tərəfindən bərpa edildiyini bildirib.

 

Moderator.az-a açıqlamasında bu tarixi hadisəni şərh edən millət vəkili Məşhur Məmmədov, bunu dövlətimizin tariximizə, mədəniyyətimizə olan sevgi və qayğısı kimi dəyərləndirib:

 

“Şübhəsiz, Şuşada Molla Pənah Vaqifin məqbərəsinin bərpa edilməsi hər şeydən öncə dövlətimizin, ölkə başçısının və  o cümlədən, Birinci vitse-prezident  hörmətli Mehriban xanımın tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza olan ehtiramını, sevgi və qayğısını əks etdirir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Qarabağdakı bütün tarixi-mədəni və dini abidələr hansı mədəniyyət və sivilizasiyaya, hansı dinə mənsub olmasından asılı olmayaraq, bərpa ediləcək, bundan sonra da öz mövcudluğunu qoruyub saxlayacaq.

 

Bu gün Şuşada Molla Pənah Vaqifin məqbərəsinin bərpası istiqamətində görülən işlər dövlətimizin öz mədəniyyətinə, tarixinə sahib çıxdığını göstərir. Bu, onu göstərir ki, Qarabağdakı hər bir tarixi abidə, hər bir maddi-mədəniyyət nümunəsi bizim üçün əzizdir. Onlar bizim zəngin mədəniyyətimizin ayrılmaz tərkib hissəsini təşkil edir. Ona görə də, erməni işğalından zərər görən, dağıdılan, yararsız vəziyyətinə salınan bütün dini-tarixi və mədəni abidələrin bərpası Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir və ölkə başçısının da qeyd etdiyi kimi, biz buna hökmən nail olacağıq.

 

Dövlətimizin işğaldan azad edilən ərazilərdəki tarixi-mədəni abidələrə olan qayğısı dünyaya, beynəlxalq ictimaiyyətə də bir mesajdır. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır və elə buna görə də buradakı hər bir daş, hər bir ağac, hər bir tarixi abidə bizim üçün əzizdir. Azərbaycan xalqı öz tarixinə, mədəniyyətinə dəyər verən, onu yaşadan xalqdır və biz bundan sonra da tariximizi, mədniyyətimizi, dəyərlərimizi qorumaqda, onları gələcək nəsillərə ötürməkdə davam edəcəyik”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 179

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930