“Ölkədə baş verən ictimai-siyasi hadisələr, təhlükələr onun şeirlərindən keçirdi...”
(12-03-2021, 09:30)

“Onun baş redaktoruluğu dövründə mən tənqid şöbəsinin müdiriydim. Cabir müəllimi demək olar ki, bir təşkilatçı, ədəbiyyatı yaxşı bilən insan kimi tanıyırdım”
Bunu Moderator.az-a açıqlamasında filologiya elmləri doktoru, ədəbi tənqidçi Vaqif Yusifli deyib. Tənqidçi Cabir Novruz yaradıcılığının ədəbiyyatımıza verdiyi töhfədən danışıb:
“Cabir müəllimi çox yaxşı tanıyırdım. Onun baş redaktoruluğu dövründə mən tənqid şöbəsinin müdiriydim. Cabir müəllimi demək olar ki, bir təşkilatçı, ədəbiyyatı yaxşı bilən insan kimi tanıyırdım. O, bir şair kimi mənə daha çox yaxın idi. Çox sadə yazırdı, fikirlərini dolanbac yollarla ifadə etmirdi. Onun xeyli bəstəkar Oqtay Kazımi ilə birlikdə xeyli mahnıları da var. Onun mahnılarını daha çox Yalçın Rzazadə oxuyurdu. Cabir Novruz ədəbiyata 50-ci illərin axırlarında 60-cı illərin əvvəllərində gəlmişdi və demək olar ki, ilk yazılarından son yazılarına qədər fərdi üslubuna sadiq qaldı. O, çox sadə insan idi. Baş redaktor işlədiyi illərdə də dəfələrlə məni yanına çağırıb yazı haqqında fikrini soruşurdu. Mən də fikrimi bildirirdim və o, bundan razı qalırdı. Amma yenə təkrar edirəm ki, onun şairliyi təbii ki, birinci sırada idi.
Onun elə şeirləri var ki, onlar bir ilin, bir ayın, bir əsrin şeiri deyil. “Sağlığında qiymət verin insanlara” adlı şeiri dillər əzbəri olan şeiri idi. O, “Şuşa” poeması da yazmışdı. Ölkədə baş verən ictimai-siyasi hadisələr, Azərbaycanın başı üstünü alan təhlükələr onun şeirlərindən, poemalarından keçirdi. Allah rəhmət eləsin!”
Qeyd edək ki, bu gün Xalq şairi Cabir Novruzun doğum günüdür.
Ana səhifəyə qayıt
Oxunub: 179
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər