Alimlər: Ermənistanda türkələrə, müsəlmanlara məxsus bütün abidələr şüurlu şəkildə məhv edilib
(23-02-2021, 09:30)


Alimlər: Ermənistanda türkələrə, müsəlmanlara məxsus bütün abidələr şüurlu şəkildə məhv edilib
“İndiki Ermənistan ərazisindəki Azərbaycan-türk abidələri erməniləşdirilərək adları dəyişdirilib, erməni xalqına məxsus cizgilər əlavə olunub, maddi-tarixi abidələrin üzərindəki yazılar, onların xüsusiyyətləri, görünüşləri dəyişdirilib. Onlar bütün dünyaya erməni abidələri kimi təqdim olunurlar”.
 
Bunu açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dekan əvəzi, tarix elmləri doktoru, professor İbrahim Zeynalov söyləyib.
 
“Bununla belə, bir çox abidələrimiz erməni vandalizminə məruz qalıb. Məsələn, İrəvandakı Dəmirbulaq məscidi, İrəvan qalasında inşa etdirilən Abbas Mirzə məscidini də aid etmək olar. Ümumiyyətlə, İrəvan qalasının özü də hələ ötən əsrin 30-cu illərində erməni vandalları tərəfindən tamamilə məhv edilib. Hazırkı adı Sisiyan olan Qarakilsə rayonundakı Şəki qalası da xarabalıqlara çevrilib. Sərdarabad mahalında yerləşən eyniadlı qala da XX əsrin əvvəllərindən erməni vəhşiliyinin qurbanı olub”, - tarixçi bildirib.
 
Alimin sözlərinə görə, 1935-ci ilədək Keşişkənd adlanan Yeğeqnadzor şəhəri yaxınlığındakı Səlim kavransarası isə ermənilərin tarixi falsifikasiyasına uğrayıb: “Karvansaranın giriş qapısında tarixi abidənin hələ XIV əsrdə elxani Əbu Səid Bahadur xan tərəfindən inşa etdirilməsinə haqqında yazının olmasına rəğmən, 1980-ci illərin sonunda ərazidə mütləq çoxluq təşkil edən Azərbaycan türkləri qovulduqdan sonra ermənilər tarixi abidə ilə bağlı faktları saxtalaşdırıb. Hazırda baxımsız vəziyyətdə olan karvansara ictimaiyyətə erməni tarixi abidəsi olaraq təqdim edilir”.
 
Tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz “Report”a açıqlamasında deyib ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilərin müsəlman və türkə məxsus olan maddi mədəniyyət abidələrini, demək olar, tamamilə məhv etdikləri aydın oldu: “Məsələ bundandır ki, onlar bütövlükdə Qafqazda və Qafqazın bir hissəsi olan Azərbaycanda insanların yaranması, tayfa ittifaqları, qəbilələr və dövlət yaratması prosesini özündə əks etdirən abidələrdir. Yəni bu, bütövlükdə, insanlıq təkamülünü özündə əks etdirən maddi mədəniyyət abidələri həm də bəşəri xarakter daşıyırdı, çünki Azərbaycanın bu hissəsində olan abidələr öz qədimiliyi ilə diqqəti cəlb edirdi. Ona görə də ermənilər bu abidələri dağıtması həm də bəşəriyyət, insanlıq əleyhinə cinayət idi. Ermənilər təkcə Azərbaycan ərazisində deyil, hələ çar Rusiyası tərəfindən Gülüstan və Türkmənçay müqaviləsindən, Ədirnə sülh müqaviləsindən sonra köçürülüb yerləşdirildiyi İrəvan ərazisindəki maddi mədəniyyət abidələrimizi də məhv etmişdilər".
 
Alimin sözlərinə görə, ermənilər İrəvanda Göy məscid istisna olmaqla azərbaycanlılara məxsus bütün mədəni irsi məhv ediblər: “Misal üçün, 1936-1937-ci illərdə Ermənistanın özündə erməni alimləri tərəfindən nəşr olunan kitabda Ermənistan ərazisindəki maddi mədəniyyət abidələrinin siyahısı verilmişdi. Bu gün isə onlardan, demək olar ki, bir dənəsinə də rast gəlmək mümkün deyil. Bütövlükdə, ermənilər bu abidələrin hamısını yer üzündən silməklə həmin ərazidə müsəlmanların, türklərin yaşadığını tamamilə yaddaşlardan silməyə, məhv etməyə çalışıblar. Qeyd edim ki, bu ərazidə çoxlu sayda məscidlər, ziyarətgahlar, pirlər və digər maddi mədəniyyət abidələri mövcud olub. Eyni zamanda qədim türklərin bu ərazidə yaşadığını sübut edən digər tarixi abidələrin məhv edilməsi insanlığa yaraşmayan hərəkətdir. Əlbəttə, bu məsələləri qədim əlyazmalar, ermənilər tərəfindən nəşr olunan mənbələr əsasında, o cümlədən sovet dövründə nəşr olunan kitablar əsasında sübut edə bilərik. Bunun nə gözəl nümunəsi ermənilərin həmin ərazidə azərbaycanlılara məxsus toponimləri məhv etməsidir. Bu dəyişdirilən, erməniləşdirilən toponimlərlə bağlı Azərbaycanda yetərincə araşdırma aparılıb, eyni zamanda Ermənistan SSR Ali Sovetinin həmin yer adlarının dəyişdirilməsi ilə bağlı fərmanlar mövcuddur və onun vasitəsilə ermənilərin azərbaycanlılara məxsus toponimləri tamamilə unutdurmaq və ləğv etmək sahəsində gördüyü işi sübut etmək mümkündür”
 
Tarix üzrə fəlsəfə doktorunun bildirib ki, dünyanın iri dövlətləri bu gün ermənilərə, o cümlədən həmrəy, arxa olan Fransa və digər dövlətlər mədəni soyqırımını görməzdən gəlirlər: “Amma bununla belə, biz dünyanın müxtəlif dillərində, o cümlədən alman, fransız, ingilis, ərəb, fars və s. dillərdə ermənilərin belə millətçilik azarına tutulması, separatizm, həmçinin terrorçuluqla məşğul olması sahəsində apardığı işləri səbirlə, dözümlə izah etməliyik. Həmçinin bu terrorizm sadəcə insanlığa qarşı deyil, həm də azərbaycanlılara aid yer adlarına qarşı da tətbiq etmişdilər və bu məsələni də qaldırmaq, fikrimizcə, çətinlik törətməz. Ermənilərin Azərbaycanın tarixini saxtalaşdırması, əlbəttə, yeni bir şey deyil. Bu cəhətdən bizdə təəccüb doğurmur ki, ermənilər ən qədim dövrdən məhz belə saxtalarlıqla məşğul olmuşlar və təsadüfi deyil ki, tarixin saxtalaşdırılmasının anası hesab olunur deyən müəlliflər bu cəhətdən tamamilə haqlıdırlar. Yeri gəlmişkən, ermənilər sovet dövründə guya Ermənistan ərazisində dünyanın ən qədim əlifbasının tapılması və s. ilə bağlı saxta hay-küy qaldırmışdılar. Hətta həyat yoldaşı erməni olan rus alimi akademik Petrovski kimi alimlər də ermənilərin saxtakarlığından hiddətlənmiş və bunun yolverilməz olduğunu nümayiş ediblər. Ümumiyyətlə, erməni saxtakarlığı tarixən məlumdur və biz bunun bu yaxınlarda da şahidi olduq. Torpaqlarımız erməni yağılarından azad olunandan sonra məlum oldu ki, ermənilər albanlara məxsus olan kilsələrin üzərində dəyişiklik aparıb və onların erməni kilsəsinə aid olması ilə bağlı cəhdlər edilib. Halbuki Azərbaycanın özündə olan mənbələr əsasında da məlumdur ki, bu abidələrin ermənilərə, erməniliyə heç bir aidiyyəti yoxdur. Bunun mükəmməl, ardıcıl və daha ətraflı şəkildə tədqiq edilməsi və erməni saxtakarlığının müəyyən edilməsi ilə bağlı araşdırmalar aparılaraq onu dünya ictimaiyyətinə çatdırılması vacib məsələlərdən biridir”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 3

Xəbər lenti
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728