Təranə Qumral Könül Kərimovaya meydan oxudu: "Qorxmursa, açıqlasın!
(20-04-2018, 21:48)

"Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır”.
Sfera.az-a açıqlama verən Təranə Qumral aralarında heç bir konflikt olmadığını deyib:
"Bizim heç bir konfliktimiz yoxdur. Heç vaxt aramızda problem olmayıb. Sadəcə olaraq Cabbar ilə Musa danışmır. Könül Kərimova bizlə Cabbara görə ədavət aparırsa, bu onun öz problemidir. Onun özündən də soruşun. Mən onun əvəzindən cavab verə bilmərəm. Əgər o qorxmursa, vicdanı varsa, nəsə bilirsə, qoy açıqlasın. Gördünüz ki, mən efirə çıxdım, heç nədən çəkinmədən. Dedim ki, üz-üzə nə sözün varsa, de mənə. Niyə demədi? Mənim nədən qorxum var? Heç kimdən qorxum yoxdur, heç kəsin qabağında günahım yoxdur, Allaha şükür olsun. Mənim nəsə bir pis işim olsaydı, onu çoxdan paylaşmışdı”.
Müğənni bildirib ki, Könül Kərimova Cabbar Musayevlə duet oxumazdan öncə onlar küsülü olmayıblar:
"O Cabbarla duet oxuduqdan sonra üzbəüz gələndə heç zaman danışmamışıq. Allah rəhmət eləsin, Məhəbbət Kazımovun zamanında danışırdıq”.

Ana səhifəyə qayıt
Oxunub: 634
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər






