UNEC-də “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinə start verilib  
 (15-02-2021, 08:30) 
	
UNEC Kitabxana-İnformasiya Mərkəzi (KİM) “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinə start verir.
“Nizami Gəncəvi ili”nə həsr olunan layihə çərçivəsində dahi Nizamin irsi haqqında Azərbaycanda və dünyada aparılan tədqiqat işləri, elmi araşdırmalar, eləcə də ədibin dünyanın bir sıra aparıcı kitabxanalarında müxtəlif dillərdə mövcud olan əsərləri və haqqında yazılmış nəşrlər haqqında biblioqrafik məlumatlar ictimaiyyətə təqdim ediləcək.
Layihənin ilk sayında UNEC KİM ABŞ-ın Konqres Kitabxanasında  mövcud olan məlumatları təqdim edir. KİM-in axtarışına əsasən, Konqres Kitabxanasında Nizami Gəncəvi irsinə dair 329 əsərin biblioqrafik yazısı əldə edilib. Həmin əsərlər Bakı, Nyu York, London, Paris, Roma, Stokholm, Leyden, Moskva, Sankt-Peterburq, Daşkənd, Dehli, Düşənbə, Tehran şəhərlərində müxtəlif dillərdə nəşr edilmiş və yazıya alınmışdır.
Araşdırma zamanı məlum oldu ki, Konqres Kitabxanasında mühafizə olunan ən qədim əlyazma XVIII əsrə məxsus (təx.1750), fars dilində Hindistanda yazıya köçürüldüyü ehtimal edilən “İskəndərnamə” əsəridir. Ən yeni nəşr isə 2021-ci ildə Nyu Yorkda nəşr edilmiş “Leyli və Məcnun” əsəridir. Qeyd edək ki, burada audio nəşrlər də yer alıb.

   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 211
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  





