“Məğlub olmuş bir dövlət heç vaxt qələbədən film çəkə bilmir...”
(26-12-2020, 10:00)






“Cıdır düzündəki konsertimizə baxdım və çox qürur hissi keçirdim. Düşmən orda müvəqqəti rəqs etdi, ora bizim dədə-baba torpaqlarımızdır, o yerləri düşmənə verməmişdik”

Bunu  açıqlamasında Əməkdar artist Elxan Abbasov deyib:

“Cıdır düzündəki konsertimizə baxdım və çox qürur hissi keçirdim. Düşmən orda müvəqqəti rəqs etdi, ora bizim dədə-baba torpaqlarımızdır, o yerləri düşmənə verməmişdik. Gəldilər və sonra da rəd olub getdilər. Eşq olsun Ali Baş Komandana, dəmir yumruğunu Paşinyanın başına vurdu və köpəklərini də götürüb bizim yerlərdən getdilər”. 

Aktyor qələbəmizlə bağlı gələcəkdə filmlər çəkəcəyimizi də bildirdi:

“Əlbəttə, bu qələbəylə bağlı filmlərimiz çəkiləcək. Məğlub olmuş bir dövlət heç vaxt qələbədən film çəkə bilmir. Məsələn, 1941-45-ci illərdə Rusiya faşistlərə qalib gəldi, bu döyüşün içində bizim Sovet İttifaqı olan qəhrəmanlarımız da var və özünüz də gördünüz ki, necə gözəl filmlər çəkdilər. Qarabağ işğalda qalsaydı, biz hansı ruhda film çəkə bilərdik? Şükür Allaha rejissorlarımız da, aktyorlarımız da, yazarlarımız da var və biz uğurlu filmlər çəkəcəyik. İndi əlimizdə əsgərlərimizlə bağlı çox yaxşı mövzular var və onlardan film çəkmək olar”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 178

Xəbər lenti