Almaz Mustafayeva vəfat etdi
(26-12-2020, 15:44)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının sevilən aktrisası, Əməkdar artist Almaz Mustafayeva bu gün dünyasını dəyişdi.
Qeyd edək ki, Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il İyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.
Almaz Mustafayeva kino tarixinə də bir sıra obrazlar bəxş edib. O, “Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” filmlərində rol alıb. Onun səhnədə debütü oğlan obrazı olub.
Ana səhifəyə qayıt
Oxunub: 263
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər







