“İlham Əliyevlə Mehriban Əliyevanın toyunda ifa etmişəm, bu mənim üçün ən şərəfli tarixdir...”
(21-12-2020, 16:58)



BOSCH Azerbaijan

Xalq artisti, qoboy ifaçısı Kamil Cəlilov torpaqlarımızın işğaldan azad edilməsinə görə ürəkdən sevindiyini bildirib. K.Cəlilov bu qələbəyə görə ölkə başçısına minnətdarlıq edib:

“Mən qələbə çalmağımıza ürəkdən sevindim. Bu qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Təbii ki, bu tarixi isə Ali Baş Komandanımız yazdı. Mən vaxtilə Ağdamda, Şuşada, Kəlbəcərdə olmuşam. Bizim o yerlərdən yoxdur. Qarabağ torpağı çox zəngindir. Amma təəssüflər olsun ki, ermənilər bizim tarixi abidələrimizi, məscidlərimizi dağıdıblar. Ermənilər heç vaxt irəli gedə bilməyəcəklər. Onlar bizim kimi qonşu dövlətin qədrini bilmədilər. Ulu öndər Heydər Əliyev Azərbaycanı qurdu, yaratdı və indi də cənab prezidenti İlham Əliyev o yolu çox uğurla davam etdirir. Zərifə xanım Əliyeva mənim sənətimin vurğunu olub. Gülarə xanımın ansamblında işləyəndə Gülarə xanıma zəng vurub deyirdi ki, “Kamil Cəlilovu əlindən burxma, o, çox gözəl sənətkardı”. Mən o ailəylə yaxın olmuşam. 1983-cü ildə Moskvada cənab prezident İlham Əliyevlə Mehriban xanım Əliyevanın toyunda ifa etmişəm. Bu mənim ömür yolumda ən şərəfli tarixdir. Biz orda Gülarə xanımın ansablında ifa etdiyim üçün o toyda iştirak etdik. Çox məclislərdə olmuşam, amma bu toy mənim  üçün ən yaddalan tarixdir, şərəfdir. “Azərbaycan təranələri” mahnısını Heydər Əliyevə həsr etmişəm. İndi də bu musiqi ifa edilir. Mənim həmişə hörmətimi saxlayıb, sənətimə böyük qiymət veriblər. Mən onların qarşısında baş əyirəm, çox sağ olsunlar”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 165

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930