“İlk işim evimizə getmək, atamın, nənəmin, babamın, bacımın qəbirlərini ziyarət etmək olacaq”
(30-11-2020, 11:00)
“Neçə illərdir ki, evimiz, elimiz, obamızdan ayrı düşmüşdük. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. İnsanın doğulduğu yer heç vaxt yadından çıxmır. O yerlər bizim üçün çox müqəddəsdir. Ağdamı ermənilər xarabalığa, ruhlar şəhərinə çeviriblər. Amma bütün bunlara baxmayaraq torpaq, hava insanı çəkir. Ağdam bizim xəyallarımızda idi, çox şükür ki, xəyallarımız gerçək oldu. Mən bundan böyük sevinc tanımıram”

Bunu Moderator.Az-a Xalq artisti Nəzakət Teymurova bildirib. Sənətkar öz doğma yurduna, Əlimədədəli kəndinə gedəcəyi günü səbrsizliklə gözləyir.
“Kəndimiz minalardan təmizlənəndən sonra ora gedəcəyik. Elə səbirsizlənirik ki.. İlk işim evimizə getmək, atamın, nənəmin, babamın, bacımın qəbirlərini ziyarət etmək olacaq. Əsas odur ki, o yerlər artıq ermənilərdə yox, bizdədir. Biz o torpaqda doğulmuşuq, o torpaqda bizə ruh verilib. O torpağın varlığını başa düşmək lazımdır. Orda nakam, cavan şəhidlərimizin ruhu var. O torpağın bundan sonra qədrini bilərək yaşamaq lazımdır” deyə xanəndə bildirib.
Ana səhifəyə qayıt
Oxunub: 194
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər














