“Bu gün də onun mahnıları səslənəndə mən buna böyük sevgiylə baxıram...”  
 (7-11-2020, 17:00) 
	“Oqtay Ağayevin səsləndirdiyi mahnılar əsasən 1970-80-cı illərdə yazılmışdı”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Faiq Sücəddinov deyib. F.Sücəddinov onun yaradıcılığından söz açıb:
“Oqtay Ağayev bildiyiniz kimi Bakıda anadan olub. Uzun illər Filarmoniyada və Rauf Hacıyevin rəhbərliyi ilə Dövlət Estrada Orkestrında çalışıb. Daha sonra Azərbaycan və Radio Televiziyasının Estrada Orkestrının solisti oldu. Oqtay Ağayevin səsləndirdiyi mahnılar əsasən 1970-80-cı illərdə yazılmışdı. O.Ağayevin çox maraqlı bir səsi var idi və özü də onun kumiri Rəşid Behbudov idi. O, Oqtay Kazımi, Tofiq Babayev, Tofiq Quliyev və digər bəstəkarlarla işləyirdi. Doğrusu, mən Oqtayın xaric notlarını eşitmədim, o, xarici mahnılar da oxuyurdu. Həmin vaxt Oqtay Ağayev, Flora Kərimova, Mirzə Babayev, İlhamə Quliyeva və digər müğənnilər var idi ki, çox gözəl səsə malik idilər və onların da biri Oqtay Ağayev idi. O, son illərə qədər oxuyurdu, amma son 5-6 ildə onun gözündə problem yarandı. Onun yaddaş şəkilləri var idi, onlara baxanda çox maraqlı söhbətlər edirdi. Oqtay çox gözəl həyat yaşayıb, həm də çox gözəl müğənni idi. Bu gün də onun mahnıları radiolarda, televiziyalarda səslənəndə mən buna böyük sevgiylə baxıram”.
Qeyd edək ki, bu gün Xalq artisti Oqtay Ağayevin doğum günüdür.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 200
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






