Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Xalq artistinin 75 illik yubileyi...
(7-11-2020, 16:30)



Ötən gün Azərbaycanın Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Xalq artisti Zərnigar Ağakişiyevanın 75 illik yubiley günü idi.
Azərbaycan teatr və kino aktrisası Zərnigar Fəti qızı Ağakişiyeva (06.11.1945, Rustov, Quba – 08.02.2018, Bakı) – 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) “Dram və kino aktyoru” fakültəsini bitirib.
Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (ilk tamaşası 19 may 1973-cü ildə göstərilən) A.Ostrovskinin “Müdriklər” dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Xalq artistinin yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb. –
Tatyana (M.Qorki, “Meşşanlar”),
Xuraman (S.Vurğun, “Vaqif”),
Şəfəq (S.Dağlı, “Kölgələr pıçıldaşır”),
Zeynəb (B.Vahabzadə, “Kimdir haqlı?”),
Zivər (Anar, “Təhminə və Zaur”),
Kəmalə (İ.Əfəndiyev, “Qəribə oğlan”),
Fəxrəndə xanım (İ.Əfəndiyev, “Mahnı dağlarda qaldı”),
Bernardo (Federiko Qarsiya Lorka, “Dişi canavar”),
Pəri xanım (M.F.Axundov, “Lənkəran xanıının vəziri”),
Qadın ( Elçin, “Poçt şöbəsində xəyal”),
Yasəmən (S.S.Axundov, “Eşq və intiqam”),
Ana (B.Vahabzadə, “Dar ağacı”),
Qadın (N.Hikmət, “Kəllə”),
Kərbəlayi Fatma (C.Məmmədquluzadə, “Ölülər”)
kimi janr etibarı ilə rəngarəng olan obrazlar teatr salnaməsində özünəməxsus yer tutur.
Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və “Azərbaycanfilm” in istehsal etdiyi bir çox filmlərdə çəkilib.
Zərnigar Ağakişiyeva
1982-ci ildə Əməkdar artist,
2000-ci ildə isə Xalq artisti
fəxri adları,
2014-cü ildə “Şöhrət” ordeni,
2015-ci ildə Cəfər Cabbarlı mükafatı ilə təltif edilib; Prezident təqaüdçüsü olub.
Zərnigar Ağakişiyeva ürək çatışmazlığından vəfat edib; 09.02.2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.
RUHU ŞAD OLSUN!
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 174

Xəbər lenti