Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər - VİDEO
(26-08-2025, 12:00)

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər.
dovrunnabzi.az-ın əldə etdiyi xəbərə görə, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.
Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib.
Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci katibi kimi 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Nəsiminin məzarı səliqəyə salınır.
Daha sonra Heydər Əliyev məzarı ziyarət edir.
2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 40

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930