Faytonçu Nazim həkimdən 50 min manat alıb
(25-06-2025, 12:30)

dovrunnabzi.az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya sənətçi özü danışıb.
N.Pişyarinin sözlərinə görə, bu məsələdən sonra o, həkimin imicinə zərbə vurub: “Elmed” klinikasının cərrahı Elman Əzimovla məhkəmə davamız uzun çəkdi. Amma qərar sonda mənim xeyrimə bitdi. Həkimdən 50 min manat təzminat aldım. Həmin vaxt xəstəxanada xərclədiyim bütün vəsaiti geri ala bildim. Həmin pulu yavaş-yavaş xərclədim. Hadisə 2017-ci ildə olub, indi 2025-ci ildir. O vaxtdan pul qalar?
İkincisi də həkimə böyük zərbə vurdum. Məsələ ictimailəşən kimi onun həkimlik statusuna zərbə dəydi. Məhkəmə prosesi gedəndə onu hər yerdə sıxırdılar. Ölkədən çıxa bilmədi, işləyə bilmirdi. Məhkəmə gedən vaxt onu işdən kənarlaşdırmışdılar. Hardasa 4-6 ay işləmədi. Bu da bilirsiniz də nə deməkdir?”
Qeyd edək ki, N. Pişyari 2017-ci ildə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin səhhətində daha ciddi problemlər yaranıb. Müğənni ondan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib.
Bakıya qayıdan sənətçi səhhəti qaydasına düşən kimi həkimin ciddi cəzalandırılması tələbi ilə Baş Prokurorluğa, Bakı Şəhər Prokurorluğuna və Binəqədi Rayon Prokurorluğuna müraciət edib.
Ana səhifəyə qayıt
Oxunub: 346
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər