Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
(19-06-2025, 15:30)

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən beynəlxalq muğam ifaçıları müsabiqəsi Azərbaycan Milli Konservatoriyasında davam edir.

dovrunnabzi.az xəbər verir ki, müsabiqədə iştirak edən daha bir qrup gənc istedadın birinci tur üzrə muğam ifaları təqdim olunur.

Müsabiqənin ilk turuna bu gün yekun vurulacaq və ikinci tura keçəcək ifaçıların adları açıqlanacaq.

Ümumilikdə isə, müsabiqəyə Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Çindən və digər ölkələrdən ümumilikdə 31 gənc muğam ifaçısı qatılıb.

Müsabiqədə Özbəkistanın sədrlik etdiyi münsiflər heyətində Azərbaycan, Türkiyə və Almaniya təmsil olunur.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 28

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930