Tamilla Məmmədova vəfat etdi
(10-06-2025, 13:30)

 Azərbaycanın dekorativ-tətbiqi sənətinin görkəmli nümayəndəsi, istedadlı rəssam, professor, pedaqoq Tamilla Şahbaba qızı Məmmədova vəfat edib.
dovrunnabzi.az xəbər verir ki, Tamilla xanım ömrünü sənətə və təhsilə həsr edib, qobelen sənətində milli və Avropa ənənələrini birləşdirərək özünəməxsus üslub yaradıb.
Onun əsərləri beynəlxalq səviyyədə tanınıb, o cümlədən Şeremetyevo hava limanında, Heydər Əliyev adına Hava Limanında və "Azərbaycan" gəmisində nümayiş olunub.
Azərbaycan Rəssamlıq Akademiyasının ilk elmi katibi, yüzlərlə tələbənin sevimli müəllimi olmuş Tamilla xanım həm də əməkdar rəssam, mərhum vitraj ustası Ağa Saleh Nuriyevin həyat yoldaşı, Beynəlxalq Maliyyə Korporasiyasının ölkə rəhbəri Aliyə Əzimovanın anası idi.
Allah rəhmət eləsin!шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 70

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930