Nərimanov sakinləri nazirdən NƏYİ İSTƏDİLƏR... - MÜRACİƏT
(4-01-2024, 17:30)
"Biz Nərimanov rayonu, Aşıq Alı küçəsinin sakinləri sizdən xahiş edirik ki, qaldıracağımız məsələ ilə bağlı kiçik bir araşdırma aparıb xəbər paylaşasınız.
Bizim şikayətimiz Nərimanov rayonu, Fətəlixan Xoyski 88 ünvanında yerləşən "Mədəniyyət Sarayı" ilə bağlıdır. (Foto aşağıda...)
Bu Mədəniyyət Sarayında illər öncə uşaqlarımız solo ifa, piano, qarmon, tar, gitara üzrə musiqi təhsili alıblar, burada həmçinin müxtəlif növ dərnəklər, kurslar fəaliyyət göstərib, tamaşalar nümayiş olunub.
Hal hazırda isə bu Mədəniyyət Sarayı fəaliyyətini dayandırıb, qapısı qıfıllanıb, şüşələri sındırılıb, baxımsız vəziyyəti düşüb və qorxu filmlərindəki "kabus evini" xatırladır.
Çox istərdik ki, Mədəniyyət Nazirliyi bizim sualımıza və xahişimizə cavab versin:
Bu Mədəniyyət Sarayı nə üçün fəaliyyətini dayandırıb və baxımsız vəziyyətə salınıb? Sizdən xahiş edirik bu Mədəniyyət Sarayını təmir edib və fəaliyyətini yenidən bərpa edəsiniz ki, bizim uşaqlarımız vaxtlarını hər hansısa bir peşəyə yiyələnməklə keçirsinlər".
Təqdim etdi: DİA-AZ.NET
Ana səhifəyə qayıt
Oxunub: 145
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər