Masallıda süni şəkildə PROBLEM YARADAN VAR... - Sakinlər başçıdan KÖMƏK İSTƏDİ
(29-03-2023, 09:30)

Azərbaycanda ən çox yağıntı düşən rayonlarlardan biri olan Masallıda da su qıtlığı yaranıb. Səbəb isə bu sahəyə nəzarət edən məmurların merkantil maraqlar güdməsidir.
Masallının Xirmandali, Hacıtəpə, Siğincaq, Stansiya Masallı Əhmədli, Alvadı və Tatyan oba kəndləri sudan eziyət çəkir. Yerli sakinlərin saxladığı mal-qara ilə yanaşı əkin sahələri də məhv olur.
Xüsusi ilə də rayon əhalisinin əkdiyi hektarlarla kartof sahəsi suvarılmadığı üçün məhv olmaqdadır.
Sakinlər icra başçısı Araz Əhmədovdan kömək istəyirlər. Ümid edirlər ki, Araz Əhmədov Viləşçay Su Anbarı İstismar İdarəsinin rəhbərliyinin özbaşınalığına “dur” deyə biləcək.
Qeyd edək ki, Viləşçay Su Anbarında rayonun əhalinin problemlərini həll etmək üçün kifayət qədər su ehtiyatı var. Nədənsə, idarə müdiri Rusif Kərimov sadə kəndlilərin problemini həll etmir…
Masallının kəndlərindəki susuzluğun yaratdığı fəsadların görüntülərini təqdim edirik:
Ana səhifəyə qayıt
Oxunub: 217
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər