İran və Səudiyyə Ərəbistanının XİN başçıları telefonla danışıb
(27-03-2023, 09:35)


İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında telefon danışığı olub.

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iranlı nazir Hüseyn Əmir Abdullahian və şahzadə Faysal bin Fərhan Əl Səud iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

Nazirlər tezliklə görüşmək barədə razılığa gəliblər.
Daha əvvəl Abdullahian deyib ki, o, şahzadə Faysalla neytral zəmində görüşməyi planlaşdırır.
Martın 10-da Səudiyyə Ərəbistanı və İran iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini açmaq barədə razılığa gəliblər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 62

Xəbər lenti