Nazirliyin keçmiş əməkdaşı həbsdə intihara cəhd etdi
(3-03-2023, 16:30)

Həbsdə olan sabiq nazirlik əməkdaşı intihara cəhd edib.
Xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək tutulan Tural Alışanlı həbsinə etiraz olaraq boğazını kəsib.
Belə ki, o, bu gün bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesə gətirilərkən boğazı sarğılı olub. O bildirib ki, təcridxanada boğazını kəsərək intihara cəhd edib. Təcridxana nəzarətçilərinin səyi nəticəsində intiharın qarşısı alınıb.
Xatırladaq ki, T. Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşıdır. O Qarabağ müharibəsində yaralananlar və həlak olanların ailələri üçün ev tikintisinə ayrılan vəsaitin 515 min manatını mənimsəməkdə təqsirləndirilir.
Ana səhifəyə qayıt
Oxunub: 246
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər