“Akkord”un Müşahidə Şurası tam tərkibdə dəyişdi – TƏYİNATLAR
(3-03-2023, 15:30)

Ölkənin iri tikinti şirkəti “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurası tam tərkibdə dəyişib.
ASC-nin səhmdarlarının qərarına əsasən Vüqar Suleymanov Müşahidə Şurasının sədri vəzifəsini tərk edib, onu bu vəzifədə Malik Məmmədov əvəzləyib.
Digər qərara əsasən Dərya Vəliyev Müşahidə Şurasının üzvü vəzifəsindən çıxarılıb. Əvəzində Müslüm Mürsəlov və Tofiq İsayev Müşahidə Şurasının üzvü seçiliblər. Dəryə Vəliyev 2022-ci ilə qədər Müşahidə Şurasının üzvü olub.
Xatırladaq ki, “Akkord STİK” 2006-cı ildə yaradılıb, onun 83 259 750 manat nizamnamə kapitalı var. Şirkətin baş icraçı direktoru (İdarə Heyətinin sədri) Ayhan Keskinkılıçdır. Şirkətin səhmlərinin 51%-i “VIP Estate” MMC-yə, 49%-i isə Dərya Müsəllim oğlu Vəliyeva məxsusdur.
Ana səhifəyə qayıt
Oxunub: 240
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər