Vilayət Eyvazov Şəmkirdə vətəndaşları qəbul edəcək
(3-03-2023, 14:12)

16 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Şəmkir şəhərində bölgə üzrə vətəndaşların qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 15.03.2023-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Ana səhifəyə qayıt
Oxunub: 259
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar