ABDİN FƏRZƏLİYEVİN İCAZƏ VERDİYİ DAHA BİR TİKİLİNİ FHN SÖKDÜ – VİDEO
(18-01-2023, 12:30)


ABDİN FƏRZƏLİYEVİN İCAZƏ VERDİYİ DAHA BİR TİKİLİNİ FHN SÖKDÜ – VİDEO


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin icazə verdiyi daha bir qanunsuz tikili sökülüb.

Abşeron rayonu, Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

Rayonun Məhəmmədi kəndində iki ay içində icra başçısının tikintisinə icazə verdiyi ikinci qanunsuz tikilidir ki, FHN tərəfindən sökülür.
Sonuncu belə tikili 26 dekabr tarixində nazirlik tərəfindən qanunsuz olduğu üçün sökülmüşdü.

Qeyd edək ki, bu, A.Fərzəliyevin Abşeron rayonunda, həmçinin Məhəmmədi kəndində tikintisinə icazə verdiyi və sonradan qanunsuz olduğu üçün sökülən ilk tikili deyil.

Tribunainfo.az
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 1 185

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031