“Obyektimi “Azərtikinti” şirkəti qanunsuz olaraq dağıdıb” – DEPUTATIN QARDAŞI HAQDA ŞİKAYƏT
(17-01-2023, 10:00)

Bakı şəhəri, Nəsimi rayon sakini Bayramov Yusif Əli oğlu tərəfindən şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun obyektini qanunsuz yerə söküblər.
“Mən, Bayramov Yusif Əli oğlu, yazaraq sizə bildirirəm ki, mənim obyektimi deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımov qanunsuz olaraq, içində tikinti materialları olmasına baxmayaraq, söküb talan edib. Bu işlə bağlı məhkəmələr düzgün qərar vermir. Bütün sənədlərim düzgündür, amma buna baxan yoxdur.
Obyekt tam özəlləşib, özümə məxsusdur. Bütün əlimdəki sənədləri məhkəməyə təqdim etsəm də, görməməzlikdən gəlirlər. Sökülüb dağıdılmış halına da əhəmiyyət vermirlər. Mən belə fikirləşirəm ki, bu işdə rüşvət böyük rol oynayır. Çünki, sənədlərim düzgün olduğu halda, məni “səhv” çıxardırlar.
Obyektimi “Azərtikinti” şirkəti dağıdıb. Qərar da onların xeyrinə verilir. Bəs, deyirlər ki, bizdə mülkiyyət toxunulmazdır?!”
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//
Ana səhifəyə qayıt
Oxunub: 91
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər