Rəşad Nəbiyev Tovuzda vətəndaşları qəbul edəcək
(11-01-2023, 09:30)


  
 
 
Rəşad Nəbiyev Tovuzda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 12 yanvar 2023-cü il tarixində saat 10:00-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzi (ünvan: Tovuz şəhəri, M.Əzizbəyov küçəsi 1) Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda yanvar ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 11 yanvar 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 2504848 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 87

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031