Babək sakini ÇIXILMAZ VƏZİYYƏTDƏ... - "İndi mən 2 körpə uşağı necə saxlayım?"
(29-12-2022, 16:00)


Babək sakini ÇIXILMAZ VƏZİYYƏTDƏ... - "İndi mən 2 körpə uşağı necə saxlayım?"


Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri qəsəbə sakini Əminə Məmmədova ehtiyacı olduğu halda muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən yardım ala bilməməsindən şikayətlənib.

Belə ki, bu ilin sentyabr ayında həyat yoldaşından ayrıldığını qeyd edən Əminə Məmmədovanın sözlərinə görə, 2 körpə uşaqla çıxılmaz vəziyyətdə qalıb: "Boşandıqdan sonra keçmiş həyat yoldaşım cəmi 1 ay aliment ödədi, daha sonra Türkiyəyə gedib. Həmin vaxtdan aliment ödəmir. Özüm evdar qadınam, anam isə 2-ci qrup əlildir. Uşaqlar körpə olduğundan işləyə bilmirəm. Bu səbəbdən də yardım almaq üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinə müraciət etdim. Fondun əməkdaşları gəlib yoxlama apardılar və dedilər ki, sizə yardım düşmür".

Şikayətçi əlavə edib ki, səbəbini soruşduqda "Həyətdə ili köhnə maşın var, buna görə də sizə yardım verilə bilməz", deyə cavab verilib: "İndi mən 2 körpə uşağı necə saxlayım? Dövlət köhnə maşına görə yardım vermir. Məgər, uşaqlar maşın yeyəcək?! Xahiş edirəm ki, problemimi işıqlandırıb müvafiq qurumların diqqətinə çatdırasınız. Bəklə insafları gəlib mənə və ailəmə sosial yardım almaqda köməklik göstərdilər".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 268

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031