“Şuşa ili” bu dəfə 270 nömrəli orta məktəbdə qeyd edildi – Foto+video
(28-12-2022, 10:58)
Hörmətli oxucular!
Bildiyiniz kimi, ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan olunması ilə bağlı müxtəlif təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bu dəfə belə tədbirlərdən biri Bakı şəhəri, Suraxanı rayonu, E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin Akt zalında baş tutdu.
1C, 2E və 3Ə sinif rəhbərləri Səyyarə xanım Hüseynova, Türkan xanım Novruzova və Aliyə xanım Mustafayevanın birgə təşəbbüsü ilə hazırlanan bu möhtəşəm tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən, Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.
Tədbirdə əvvəlcə Dövlət himni səsləndirildi, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir çərçivəsində Qarabağın, o cümlədən, Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən bəhs edildi. Şagirdlərin maraqlı səhnəcikləri, "Şuşanın dağları", “Xarıbülbül” rəqsləri, birinci sinif şagirdinin “Dastana döndü” ifası da tədbirə xüsusi rəng qatdı.
Tədbirin sonunda məktəbin direktoru Kəmalə xanım Məmmədova və təlim üzrə şöbə müdiri Süsən xanım Aşurova mədəniyyətimizin paytaxtı Şuşanı vəsf edən tədbirin keçirilməsində əməyi keçən müəllim və şagirdlərə minnətdarlıq edib, ürək sözlərini çatdırdı.
Sözügedən tədbirdən foto və videoları təqdim edirik:
Mənzər QURBANOVA