AMEA sabiq prezidentinin kitabını çap etdirib sonra tender keçirir? - FOTOFAKT
(19-12-2022, 09:30)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tenderin qalibi olan “Apostrof-A” MMC (VÖEN - 3102733781) Geologiya və Geofizika İnstitutunun sifarişi əsasında İnstitutun Baş direktoru, AMEA-nın sabiq prezidenti, akademik Akif Əlizadənin “Azərbaycan Elmi: Gələcəyə Baxış” adlı kitabının 1-ci cildinin nəşrini həyata keçirəcək.
Açıqlanan rəsmi məlumatda bildirilir ki, ümumi sayı 150 ədəd olan kitabı “Apostrof-A” MMC 14-31 dekabr 2022-ci il tarixlərində çap edəcək və bu iş üçün 4 min 500 manat alacaq. Bir ədəd kitabın çapı 30 manata başa gələcək.
Qeyd edək ki, “Apostrof-A” MMC 18.07.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Abşeron rayonu, Ceyranbatan ŞTQ, ev 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Akif Dənziyev Möhtəmən oğludur.
Tender müsabiqəsi ilə bağlı diqqət çəkən məqam isə odur ki, bu ilin iyul ayının 8-də AMEA-nın rəsmi saytında və “Azərtac”da yayılan məlumatda akademik Akif Əlizadənin “Azərbaycan elmi: gələcəyə baxış” ikicildlik kitabının 1-ci cildinin çapdan çıxdığı barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Geologiya və Geofizika İnstitutundan münasibət almağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı.
Ana səhifəyə qayıt
Oxunub: 154
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Aprel 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | |||
Seçilənlər









