Verdiyi rüşvəti geri tələb edən vətəndaş intihara əl atdı - UCARDA DƏHŞƏT
(15-12-2022, 09:30)


Verdiyi rüşvəti geri tələb edən vətəndaş intihara əl atdı - UCARDA DƏHŞƏT

Ucar rayon Koroğlu küçəsi ev 24 -yaşayan Ələkbərov Oktay Qüddəsər oğlu bu gün Ucar rayon Mərkəzi Xəstəxanasında intihara cəhd edib.
Bu barədə  rayon sakinləri bildirib. Məlumata görə, ancaq vətəndaşın qarşısını kəsən polislər onu özünü yandırmasına imkan verməyib.
Olaya səbəb isə Ələkbərov Oktay Qüddəsər oğlunun Ucar rayon Xəstəxanasının direktoru Zeynal Bayramlı ilə arasındakı qalmaqaldır.
Vətəndaş iddia edir ki, oğlunu operator vəzifəsinə qoymaq adı ilə direktor ondan 3500 manat pul alıb:
“Oğlum Ceyhunu Ucar rayon xəstəxanasına operator vəzifəsinə qoymaq üçün Zeynal Bayramlıya 3500 manat pul verdim.Bir neçə aydan sonra oğlumun vəzifəsini dəyişdi həm də dərəcəsini aşağı saldı.
Buna görə mən dəfələrlə Zeynal Bayramlının qəbulunda oldum axırda məni otağından qovdu.
Zeynal Bayramlı ya oğlumu əvvəlki işinə qaytarmalıdır, ya da pulumu verməlidir”. 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 84

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031