İranda daha bir etirazçı dar ağacından asılıb
(12-12-2022, 13:00)


İranın Məşhəd şəhərində Məcid Rza Rahnəvərd icimaiyyətin qarşısında dar ağacından asılıb.

Bu barədə İranın Xorasan-Rezevi əyalətinin ədliyyə idarəsinin başçısı Qulaməli Sadeqi bildirib.

Onun sözlərinə görə, edam hökmü “əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub.
Bildirilib ki, İran İnqilab Məhkəməsinin Məşhəddəki bölməsi Məcid Rza Rahnəvərd barəsində 23 gün əvvəl ölüm hökmü çıxanb. Hökmü dekbarın 12-də səhər saatlarında icra olunub.
Qeyd edək ki, bu, barəsində ölüm hökmü çıxarılan ikinci edamdır. Bundan əvvəl Möhsün Şekari dar ağacından asılmışdı.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 58

Xəbər lenti
12-11-2025 11:00