Buralarda Azərbaycan dövlətinin QANUNLARI İŞLƏMİR... - Bakıda “İnstyle” MÖCÜZƏSİ
(9-12-2022, 17:30)


Buralarda Azərbaycan dövlətinin QANUNLARI İŞLƏMİR... - Bakıda “İnstyle” MÖCÜZƏSİ

Bu videoda nümayiş edilən “İnstyle” adlı mağaza üç mərtəbədən ibarətdir. Metronun Nəriman Nərimanov stansiyasının çıxışında, “Metroparkl” üzbəüz çoxmərtəbəli binanın üç mərtəsini əhatə edir. Qadın, kişi və uşaq paltarlarının satışı üzrə ixtisaslaşan bu mağaza Azərbaycan qanunlarını kobud şəkildə pozaraq, nağdsız ödənişlər qəbul etmir. Artıq neçənci dəfədir şahid oluruq ki, kartla ödəniş etmək istəyəndə dükanın işçiləri bu əməliyyatın mümkün olmadığını deyir və pulu hansısa əməkdaşın kartına köçürməyi istəyir. İndi görün, gündəlik gəliri minlərlə manatla ölçülən bu mağaza, nağdsız ödənişlərdən yayınmaqla, dövlət büdcəsinə nə qədər ziyan vurur? Təcrübədən bəllidir ki, adətən bənzər vəziyyətdə, mağaza gözdən pərdə asmaq üçün, piştaxtanın altında gizlətdiyi post-terminalı üzə çıxarıb, bizi yalan danışmaqda ittiham edəcək. Onda isə, vergi cinayətlərini araşdıran əlaqədar qurumların diqqətinə, pulların ödənildiyi kartın nömrəsini təqdim edirik. Hər-halda , bu kart ətrafında araşdırma aparılsa, sözügedən dükanın indiyə qədər dövlətə nə qədər ziyan vurduğu dəqiq müəyyənləşər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 221

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031