Şöhrəddin Verdiyevin ƏSAS ORTAĞI: “Maqro Construction” MMC... - PULLAR BELƏ YEYİLİR...
(22-11-2022, 09:41)


Şöhrəddin Verdiyevin ƏSAS ORTAĞI: “Maqro Construction” MMC... - PULLAR BELƏ YEYİLİR...


Müasir dövrdə Azərbaycan Respublikasında fəaliyyət göstərən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti – su təchizatı sahəsində dövlət siyasətini həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir.
Hər kəs yaxşı bilir ki, bundan əvvəl Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı dövlət büdcəsindən “Azəraqrartikinti” ASC-yə 450 mln manat vəsait ayrılmışdır.Bu günə kimi görülən işlərin keyfiyyətsizliyindən həm Gəncə sakinləri narazılıq edirdi həm də ölkə mediası davamlı olaraq “Azəraqrartikinti” ASC-ni tənqid edirdi.
Bu ilin avqust ayından “Azərsu” ASC “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması bağlı tenderinin qalibi olaraq “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsinin seçildiyini elan etmişdir.
Bildirmək istəyirik ki, Gəncənin su və kanalizasiya sisteminin yenilənməsinə 50 mln manat vəsait xərclənəcək.Amma şirkətin əsas işçi korpusu sayılan azərbaycan vətəndaşlarının əmək hüquqları pozulmaqla yanaşı həm də onları qul kim istismar edirlər.
Bu haqda Dünyanınsəsi.Az saytına bir qrup şəxs tərəfindən şikayət daxil olub.
Şikayətşilər qeyd edir ki, sözügedən şirkət bizimlə əmək müqaviləsi bağlasada 3 aydırki əməkhaqlarımızı vermirlər.
Şirkətdə çalışan işçilər qeyd edirlər ki, “Maqro Construction” MMC-nin yerli nümayəndəsi sayılan İbrahim adlı şəxsə dəfələrlə müraciət etsəkdə gündə bizə bir yalan danışmaqla vaxtı uzadır.
Şirkətin işçiləri bildirirlər ki, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərində heç bir təcürbəsi olmayan mütəxəssislər toplusundan ibarətdir.
Belə ki, çəkilən boru xətləri lahiyəyə görə borunun alt hissəsi müəyyən texnikalar vasitəsi ilə torpaq qatı bərkidilməli və borular basdırılarkən üst qatları yumşaq qum materialı ilə örtülməlidir.Amma bu şirkət işləri tez başa vurub lahiyyəyə ayrılmış olan vəsaiti həzmraberdən tez keçirmək üçün əllərinə gələn daş-kəsək materialları ilə örtürlər.Buda gələcəkdə çəkilən boru kəmərlərinin qısa zaman kəsiyində zədələnməsinə zəmin yaratmış olur.Həmdə yeni çəkilən boru xəttlərinin üzərləri düzgün asfalt qatı əlavə edilməyəndə yağış və yeraltı qrunt suları təsirindən dağılmaya səbəb olur.Gorəsən yeni nəzərdə tutulmuş olan bu lahiyəyə sifarişçi olan “Azərsu” ASC -nin nəzarət etməli olan maddi məsul şəxsi hara baxır.Şəhər daxilində kilometrlərlə qazılmış yollarda və quyularda işçilərin texniki təhlükəsizliyinə niyə riayət edilmir? Halbuki qazılmış olan quyuların yan səthlərində torpaq uçqunlarının qarşısını almaq üçün təhlükəszilik lövhələrindən istifadə edilməlidir.
Redaksiya olaraq ümidvarıqki, yuxarıda qeyd edilən nöqsanlar Azərsu” ASC -nin rəhbərliyi tərəfindən nəzarətə götürüləcək eləcə də hüquqları pozulan soydaşlarımızın əməkhaqları qısa bir zamanda ödənilməsinə də göstəriş veriləcəkdir.
Səsləndirilən iddia ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
“Maqro Construction” MMC -nin çəkdiyi su xətlərinin videosunu təqdim edirik
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 93

Xəbər lenti
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031