Bayden Zelenski ilə razı deyil – Polşaya atılan raketlərlə bağlı fikir ayrılığı var
(17-11-2022, 13:00)


Ukraynaya qarşı son kütləvi raket hücumu zamanı Polşaya endirilən iki raket zərbəsi ilə bağlı gərginlik davam edir.

 “Sky News” bu hadisə ilə bağlı ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında fikir ayrılığı olduğuna dair məlumat yayıb. Belə ki, Bayden Zelenskinin Polşaya atılan raketlərin Ukraynaya aidiyyatı olmadığına dair açıqlaması ilə razı olmadığını bildirib. Bayden deyib ki, həmin raketlərin trayektoriyası onların Rusiyadan atılmadığı qənaəti yaradır. Zelenskinin bu raketlərin Ukraynaya aid olmadığına dair iddiasına gəlincə, bununla bağlı suala Bayden belə cavab verib: “Bu, sübut olunmayıb”.




Bununla yanaşı, Ağ Ev və bir çox Qərb liderləri bəyan ediblər ki, Polşaya atılan raketlərin kimə aid olmasından asılı olmayaraq, bu hadisənin yeganə səbəbi Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsidir və deməli, günahkar da Rusiyadır.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 69

Xəbər lenti
12-11-2025 11:00