AZAL-da korrupsiya yoxlamaları başladı - CAHANGİR ƏSGƏROVUN FƏALİYYƏTİ TƏFTİŞ EDİLİR/ ÖZƏL
(16-11-2022, 17:00)


AZAL-da korrupsiya yoxlamaları başladı - CAHANGİR ƏSGƏROVUN FƏALİYYƏTİ TƏFTİŞ EDİLİR/ ÖZƏL

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xüsusi yoxlama qrupu Azərbaycan Hava Yolları Dövlət Konserndə (AZAL) yoxlamalara başlayıb.

Bu barədə  AZAL-dan bildirilib.

Məlumata görə, son bir neçə ili əhatə edən kompleks yoxlamanın 2 ay çəkəcəyi proqnazlaşdırılır.

Ehtimal olunur ki, Cahangir Əsgərovun adına yazılacaq yüz milyonlarla yeyinti ondan geri alındıqdan sonra işindən kənarlaşdırılacaq.

Son illər Cahangir Əsgərovun AZAL-dakı oğurluqlar hesabına əldə etdiyi ailə sərvəti haqqında çoxsaylı araşdırmalar dərc edilib.

Xatırladaq ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir.

Bu yaxınlarda AZAL-a yeni birinci vitse-prezident təyinatı da olub.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 124

Xəbər lenti
12-11-2025 11:00