“Günay Sığorta” bazar payını itirir – YIĞIMLAR KƏSKİN AZALIR
(16-11-2022, 10:30)
Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Günay Sığorta” şirkətinin yığımları son bir il ərzində kəskin azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin yanvar-sentyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət tərəfindən bu ilin 9 ayında 5,669 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,320 mln. manat və ya 29% azdır.
Qeyd edək ki, azalma cari ilin yanvar-avqust aylarında da davam edib. Cari ilin 8 ayında şirkətin topladığı yığımlar son bir illə müqayəsədə 2,378 mln. manat və ya 48,7% azalaraq 4 885 mln. manata enib.
Xatırladaq ki, bu yaxınlarda şirkətin rəhbər heyətində istefalar olub. Belə ki, Şirkətin İdarə Heyətinin sədri Mahir Niftəliyev və Direktorlar Şurası sədrinin müşaviri Azad Cavadov öz xahişi ilə vəzifələrindən uzaqlaşıb.
Ana səhifəyə qayıt
Oxunub: 87
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər







