Ermənistan Hindistandan yeni döyüş topları alır – “İrəvan bu 400 milyon dolları küçəyə atıb...”
(11-11-2022, 11:00)
Hindistan mediası yerli özəl şirkət "Bharat Forge"nin törəmə qurumu olan "Kalyani Strategic Systems Ltd"in yedəklənmiş 155 mm-lik haubitsa (ATAGS) partiyası üçün ilk ixrac sifarişini aldığını bildirib.
Məlumatda şirkətin Ermənistanla 155 milyon dollarlıq müqavilə imzaladığı qeyd olunub.
"Bharat Forge" yerli silah sistemlərini ixrac edir və Ermənistana sözügedən artilleriya sistemlərini üç il ərzində təhvil verəcək.
Hərbi-sənaye şirkəti "Bharat Forge" alıcı dövlət haqqında informasiya verməsə də, ölkənin Müdafiə Nazirliyindəki mənbələr Hindistan mediasına söhbətin Ermənistandan getdiyini təsdiqləyiblər.
Sifarişin dəyərinə diqqət yetirsək, məlum olar ki, Ermənistan 4-5 artilleriya batalyonu yaratmaq niyyətindədir. Hər bölmədə 18-20 haubitsa var.
Ana səhifəyə qayıt
Oxunub: 87
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar