“Ermənistan böyük resurslar axtarışındadır” - Qrantlar hesabına peyk idarəetmə mərkəzi qurur
(11-11-2022, 10:00)


"Hiss olunur ki, ermənilər Zəngəzur istiqamətində sərhəd zonasında peyk müşahidə sistemi qurmaqda çox israrlıdırlar".

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

"Ermənistan İspaniyanın SATLANTİS şirkəti ilə birgə müşahidə peykini orbitə qaldırdıqdan sonra gələn il üçün özünün peyk idarəetmə mərkəzini qurmağı planlayırdı. Sonradan açıqlama veriblər ki, beynəlxalq kreditlər hesabına bu peyk mərkəzi gələn il deyil, elə cari ilin sonunadək hazır olacaq. Yəni, çox tələsirlər", - ekspert vurğulayıb.

O.Gündüzün sözlərinə görə, məlumat açıqlanıb ki, Ermənistan İsveçrə ilə birgə peyk məlumatları əsasında ətraf mühitin monitoriq sistemini qurur: "Ermənistanın müvafiq qurumları İsveçrənin qrantları, onların Landsat və Sentinel-2 peyklərindən əldə olunan məlumatlarla tədqiqatlar aparılacağını, ərazidəki obyektlərin diversifikasiyası və delimitasiyası üzrə alqoritmlərin hazırlanacağını bildiriblər. Paylaşdıqları şəkildən də əsas məqsədlərinin nə olduğu açıq-aşkar görsənir. Düşünmək olar ki, məğlub ölkənin kapitulyasiya şərtlərinə əməl etməməsi, sülh müqaviləsini, dəhliz və delimitasiya məsələsini uzatması həm də qurmaq istədiyi peyk müşahidə sistemini başa çatdıra bilməməsilə bağlıdır. Görünür, bu məsələlərin çox uzanması Ermənistanın addım-addım güclənməsinə şərait yaradır. Prezident İlham Əliyevin də son dövrlərdə üçtərəfli bəyanatın şərtlərinə əməl edilməsi ilə bağlı Ermənistana qarşı daha kəskin çıxışlarından da bu görsənir".
O.Gündüz vurğulayır ki, təkcə bu məqamlarla bağlı deyil, bir çox sahələrdə Ermənistanın ildırım sürətlilə üstünlük əldə etmək cəhdləri müşahidə olunur. "Böyük resurslar axtarışındadır. Bu isə revanş istəyindən başqa bir şey deyil. Düşünürəm ki, məğlub ölkə ilə olan problemləri tez, çox tez həll etmək doğru olardı", - ekspert əlavə edib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 69

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031